Türkiyə qırıcılarını Mosula göndərib - Çavuşoğlu

Türkiyə qırıcılarını Mosula göndərib - Çavuşoğlu
  24 Oktyabr 2016    Oxunub:1973
"Mosulun terrorçu İŞİD qruplaşmasından təmizlənməsi əməliyyatında 4 "F-16" tipli qırıcı təyyarəmiz iştirak edir.
AzVision.az türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı Jan-Mark Eyro ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“4 “F-16” tipli qırıcımız koalisiyaya aid qüvvələrlə birgə anti-terror əməliyyatında iştirak edir. Biz Mosul əməliyyatında iştirak edirik. İraqın şimalında təlim keçdiyimiz kürd silahlılar və yerli güclər Başika əməliyyatına fəal şəkildə qatılıb. Başikadakı qüvvələrimiz 700 İŞİD silahlısını məhv edib. ", - deyə nazir vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti