Başına 1 milyon qoyulan `Seyid` öldürüldü

Başına 1 milyon qoyulan `Seyid` öldürüldü
  25 Oktyabr 2016    Oxunub:2621
Türkiyədə Bitlisin Aşağı Ölek və Yuxarı Ölek kəndlərində PKK-ya qarşı hava əməliyyatı keçirilib.
AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı 4 PKK terrorçusu öldürülüb.

Məlumata görə, öldürülən terrorçular arasında Türkiyədə başına 1 milyon türk lirəsi mükafat qoyulan “Seyid” kod adlı PKK terrorçusu Cahit Beyhan da olub.

Qeyd edək ki, Cahit Beyhan PKK-nın Garzan bölgəsinin kordinatoru sayılırdı.

Elvin
AzVision.az


Teqlər:  





Xəbər lenti