Hamı bu hadisədən danışır - Dünyaya iki dəfə gəldi

Hamı bu hadisədən danışır - Dünyaya iki dəfə gəldi
  25 Oktyabr 2016    Oxunub:22120
ABŞ-ın Texas ştatının Levisville bölgəsində yaşayan Marqaret Havkinq Boemirin hamiləliyinin 16-cı həftəsində bətnində daşıdığı uşağın onurğasında şiş aşkarlanıb.
Həkimlər ona hamiləliyi sonlandırmağı bildirsə də, ailə buna razı olmayıb. Nəticədə başqa müalicə metoduna keçilib.

AzVision.az xəbər verir ki, Bomerin CNN-ə verdiyi açıqlamaya görə, 23-cü həftədə xərçəng xəstəliyi uşağın ürəyinə təzyiq etməyə başlayıb.

“Ya xərçəngin uşağı məhv etməsinə, ya da onun yaşamasına razı olmalıydıq. Biz onun yaşamasını seçdik”.

Həkimlər usağı ananın qarnından çıxarıb, şişi təmizlədikdən sonra yenidən ana bətninə yerləşdirən riskli əməliyyatı həyata keçirməyə qərar veriblər.

Əməliyyat ediləndə Linli adlı körpə hələ 500 qram çəkidə olub. Əməliyyat əsnasında körpənin qəlbi dayansa da ürək həkimi onu həyata qaytarıb və beləliklə şişin böyük qismi təmizlənib.

20 dəqiqəlik əməliyyatdan sonra körpə yenidən ana bətninə yerləşdirilib. Lakin hamilə qadın doğuma qədər olan dövrü yataq rejimində olub və 6 iyunda uşaq dünyaya gəlib. Körpə 8 həftəlik olduğu müddətdə yenidən əməliyyat olunub və şiş ondan tamamilə təmizlənib. Bu gün Linli sağlam şəkildə həyatına davam edir.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti