Azərbaycanda polis qadınların sayı açıqlandı

Azərbaycanda polis qadınların sayı açıqlandı
  25 Oktyabr 2016    Oxunub:5743
“Cari ilin doqquz ayında ölkədə qadınlara qarşı 4 552 cinayət törədilib”.
AzVision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov deyib. Onun sözlərinə görə, zorakılıqla bağlı cinayətlərin sayı 1747 olub: “Bu hüquqazidd əməllərə görə, 2 104 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Cinayətlərin 13 faizi və ya hər səkkizincisi ailə məişət münaqişəsi zəminində baş verib”.

Şöbə rəisi əlavə edib ki, 9 ay ərzində qadınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı heç bir cinayət faktı qeydə alınmayıb.

DİN rəsmisi qeyd edib ki, bu gün daxili işlər orqanlarında 2860 qadın xidmət edir ki, onlardan 1347-si xüsusi rütbəli, 1 513-ü isə mülki işçilərdir.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti