WikiLeaks-dən yadplanetlilərlə bağlı şok sənəd: `Papa bilir, amma gizlədir...`

WikiLeaks-dən yadplanetlilərlə bağlı şok sənəd: `Papa bilir, amma gizlədir...`
  25 Oktyabr 2016    Oxunub:16255
WikiLeaks-in bugünlərdə açıqladığı rəsmi yazışmaların arasında keçmiş astronavt Edqar Mitçellin senator, Hillari Klintonun seçki qərərgahının rəhbəri Con Podestaya yazdığı məktub da var. Məktubun orijinalını BURADAN oxuya bilərsiniz.

AzVision.az xəbər verir ki, “Apollon-14” gəmisinin astronavtı, Aya ayaq basmış altıncı adam kimi tarixdə qalan Edqar Mitçell bu ilin fevralında dünyasını dəyişib, WikiLeaks-in açıqladığı məktub isə 2014-cü ilin oktyabrın 1-də yazılıb.

Məktubda astronavt Mitçell senator Podesta ilə Yerdən kənar sivilizasiyalar mövzusunu müzakirə edir. Mitçell senatora yazır ki, Arozinada Vatikanın xüsusi rəsədxanası var və orada güclü astronomlar çalışırlar. Onlar Papa Frensislə də görüşüblər. Bu astronomlar yadplanetlilərin mövcudluğunu və sülhsevər olduğunu Papaya danışıblar.



Edqar Mitçell iddia edir ki, kənar sivilizasiyanın təmsilçiləri tau-neytrinoların və “sıfır nöqtə enerjisi”nin sirrini Yerə ötürmək istəyirlər. Bu, ekoloji cəhətdən təmiz, qeyri-məhdud enerji almaq imkanı yaradır.

Mitçellə görə, sülsevər kənar sivilizasiyanı narahat edən məsələ insanların müharibəyə meyilli olmasıdır. O, məktubda bu məsələləri senatorla şəxsən müzakirə etmək istədiyini vurğulayıb.

Samir Quliyev
AzVision.az


Teqlər:  





Xəbər lenti