Gömrükdə külli miqdarda dərman ələ keçirilib

Gömrükdə külli miqdarda dərman ələ keçirilib
  25 Oktyabr 2016    Oxunub:1460
Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn qonşu ölkənin vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Bu barədə AzVision.az-a DGK-dan bildirilib. Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilən 20 flakon “Kalsiy Folinat”, 9 flakon “Citozar”, 6 flakon “Docetaxel AqVid “, 20 flakon “Gemcitabin”, 98 flakon “Ciklofosfan”, 9 flakon “Docetaxel Accord”, 30 flakon “Oxaliplatin”, 30 flakon “Oncosid” və hər birində 5 ampula olmaqla 6 qutu “Oncofluor” dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti