DİN: Ana və oğlu qəzada ölüb

DİN: Ana və oğlu qəzada ölüb
  25 Oktyabr 2016    Oxunub:1490
Bakıda ağır yol qəzası baş verib.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 24-də saat 14 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində Gürcüstan vətəndaşı Arif Nuriyevin idarə etdiyi “MAN” və Bakı şəhər sakini Leyla Mərdanovanın idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə L.Mərdanova və sərnişini, oğlu Asəf hadisə yerində ölüblər. Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti