`Poroşenko Heydər Əliyev kimi hərəkət etsin` - Rusiyalı deputat

`Poroşenko Heydər Əliyev kimi hərəkət etsin` - Rusiyalı deputat
  25 Oktyabr 2016    Oxunub:3922
Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov “Qazeta.ru” saytına müsahibəsində Ukrayna Prezidenti Pyotr Poroşenkoya məsləhət görüb ki, Ukraynanın cənub-şərqində münaqişəni həll edərkən Heydər Əliyev kimi hərəkət etsin.

Rusiyalı deputat deyib: “Mən Poroşenkoya alternativlər düşünüb tapmamağı, Heydər Əliyevin bundan xeyli pis vəziyyətdə etdiyi kimi hərəkət etməyi məsləhət görərdim. Ötən əsrin 90-cı illərində ölkədə anarxiya hökm sürürdü. Respublikanın paytaxtı Bakıda silahlılar gəzir, rusdilli əhalinin axını baş verirdi. Xalq onu prezidentliyə çağırdı. Dövlət başçısı olandan sonra o, danışıqlar aparmaq üçün quldur dəstəsinin başçısı Hüseynovun yanına getdi, halbuki çox təhlükəli idi. Sonra ata Əliyev rusları Azərbaycandan getməməyə inandırmaq üçün rus mitropolitinin yanına getdi. Əgər prezident ölkəni özününkü sayırsa, oradakı məsələləri bax belə həll edir”. (Azərtac)

AzVision.az


Teqlər:  





Xəbər lenti