Erməni deputat Moskvada 2 `qanuni oğru`nu güllələtdirib

Erməni deputat Moskvada 2 `qanuni oğru`nu güllələtdirib
  25 Oktyabr 2016    Oxunub:4556
Rusiyanın paytaxtında Yeni Moskva adlanan ərazidə əslən Ermənistandan olan iki nəfərin meyiti aşkarlanıb.
AzVision.az “RİA Novosti” yə istinadən xəbər verir ki, kirayə mənzildə yaşayan ermənilər odlu silahdan qətlə yetrilib. Məlum olub ki, ölənlər 43 yaşlı Eduard Nşanyan və 46 yaşlı Armen İsraelyandır. Onların kriminal avtoritet olduğu deyilir.

“Qrapark” qəzeti isə bildirib ki, qətlə yetirilən hər iki şəxsin baş nahiyəsində güllə yarası var və qətli törədənin peşəkar killerdir.

“Rıba” ləqəbli Armen İsraelyan Ermənistan parlamentinin deputatı və ölkənin ən zəngin insanlarından biri Samvel Aleksanyan ilə problem olub. İsraelyan bundan öncə KİV-lərə verdiyi müsahibəsində Aleksanyanın onun əmlakını və biznesini əlindən aldığını, özünü isə anbarda bir müddət girov saxladığını bildirib.

Bu səbəbdən qətlin Samvel Aleksanyan tərəfindən sifariş edildiyi istisna edilmir. Ehtimal edilir ki, “qanuni oğrular” Aleksanyanın sirafişi ilə qətlə yetirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti