`Gün gələcək, azərbaycanlılarla ermənilər birgə yaşayacaq` - Uorlik

`Gün gələcək, azərbaycanlılarla ermənilər birgə yaşayacaq` - Uorlik
  25 Oktyabr 2016    Oxunub:2476
"Biz Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün çalışırıq. Səylərimizi artırmaq istəyirik. İnanıram ki, gün gələcək azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar".
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə İrəvanda keçirilən mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Həmsədr deyib ki, region sakinlərinin sülh şəraitində yaşamaq hüququ var: "Mənim arzum – həm Azərbaycanda, həm də Ermənistanda insanların sülh və sabitlik şəraitində yaşamasıdır".

Həmsədr, həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vacib elementlərdən biri insanlar arasında əlaqədir və vasitəçilər bu cür əlaqələri dəstəkləməyə çalışır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti