Herbert Salber prezidentin qəbulunda - Qarabağdan danışıldı

Herbert Salber prezidentin qəbulunda - Qarabağdan danışıldı
  25 Oktyabr 2016    Oxunub:2289
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər müzakirə edildi, Ermənistanın qeyri-konstruktiv mövqe tutaraq bu münaqişənin həllinə daim əngəl yaratdığı vurğulandı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədrlərin və beynəlxalq birliyin rolu ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az


Teqlər:  





Xəbər lenti