`Aprel döyüşlərində xeyli insan ölüb` - Amerikalı həmsədr

`Aprel döyüşlərində xeyli insan ölüb` - Amerikalı həmsədr
  25 Oktyabr 2016    Oxunub:2283
“Dağlıq Qarabağ münaqişəsi bölgəsində aprel faciəsi zamanı xeyli insan ölüb, lakin tərəflər bir-birlərini günahlandırmamalıdır.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə İrəvanda keçirilən mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

“Biz nə anlamalıyıq? Aprel faciəsi sülh danışıqlarının əhəmiyyətliliyini göstərdi. Aprel faciəsindən sonra təmas xəttində vəziyyət nisbətən sakit idi. Bu, bizim təşəbbüs göstərdiyimiz danışıqlar üçün yaxşı əsasdır. Təmas xəttində zorakılıq hallarının səviyyəsi son illər aşağı düşüb. Düşünürəm ki, bu, Ermənistan və Azərbaycan prezidentləri arasında razılaşmaların nəticəsidir”, - deyə uorlik vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti