`İlham Əliyev və Sarkisyan razılığa gəlməlidir`

`İlham Əliyev və Sarkisyan razılığa gəlməlidir`
  25 Oktyabr 2016    Oxunub:3566
"ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin tezliklə görüşəcəyinə ümid edir".

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə İrəvanda keçirilən mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Həmsədrin sözlərinə görə, idealda ATƏT missiyası artıq genişləndirilməli idi, lakin detalları dəqiqləşdirmək lazımdır.

Uorlik eyni zamanda həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü istənilən gün təşkil etməyə hazır olduğunu vurğulayıb.

"Prezidentlərin görüşünün konkret tarixi məlum deyil. Prezidentlər razılığa gəlməlidirlər. Məsələnin sülh yolu ilə həllinin vaxtı yetişib. Biz əlimizdən gələni edəcəyik, lakin qərarı ölkə başçıları verəcəklər".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti