Kitaroviçin Bakı səfəri başa çatdı

Kitaroviçin Bakı səfəri başa çatdı
  25 Oktyabr 2016    Oxunub:1541
Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 25-də başa çatıb.
AzVision.az -ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçi hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti