Nazirlikdən deputata ilginc dəvətnamə - FOTO

Nazirlikdən deputata ilginc dəvətnamə - FOTO
  26 Oktyabr 2016    Oxunub:11494
“Bu gün mənə Gənclər və İdman Nazirliyi tərəfindən belə bir dəvətnamə gəlib. Dəvətnaməyə əlavə edilən annotasiyada guya Trabzonda Flavian adlı bir yunan qızının özünü çaya atması nəticəsində "Sarı gəlin" Azərbaycan mahnısının yarandığı iddia edilir”.
Bu barədə deputat Aydın Mirzəzadə sosial şəbəkədəki hesabında bildirib. Millət vəkili deyib ki, onu Azərbaycan Milli Dram Teatrında bu versiya üzərində qurulan tamaşaya dəvət edirlər.

“Musiqiçi olmasam da, mahnının Azərbaycan mahnısı olması barədə məlumata malikəm. Eyni zamanda ermənilərin də vaxtaşırı bu manını özününküləşdirmək cəhdindən də xəbərdaram. Amma Azərbaycan daxilində kiminsə mahnını başqa bir xalqa aid etmək cəhdini başa düşə bilmirəm”.





AzVision.az


Teqlər:





Xəbər lenti