Bakıda bu yollarda tıxac var

Bakıda bu yollarda tıxac var
  27 Oktyabr 2016    Oxunub:1856
Paytaxtın mərkəzi küçə və prospektlərində sıxlıq müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az-a verilən məlumata görə, sıxlıq Tbilisi prospektindən şəhərin mərkəzi istiqamətinə, Xətai prospekti Təhsil Nazirliyi istiqamətində, Əhmədbəy Ağaoğlu, Koroğlu Rəhimov, Səməd Vurğun (Müasir təhsil kompleksinin qarşısı) və Yusif Səfərov küçələrində müşahidə edilir.

Ziya Bünyadov prospektində (metronun “Koroğlu” Stansiyasından 20 yanvar dairəsi istiqamətində) az sıxlıq var.

Binəqədi şossesində isə vəziyyət olduğu kimi qalır. Bu yolda şəhər istiqamətində tıxac müşahidə edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti