Aşıq Əli ilə DYP polkovniki arasında mübahisə

Aşıq Əli ilə DYP polkovniki arasında mübahisə
  27 Oktyabr 2016    Oxunub:13939
“Xəzər” televiziyasında aparıcı Zaur Kamalın verilişində Aşıq Əli ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov arasında mübahisə düşüb.
Aşıq Əlinin verlişdə yol polisindən, polisin aşığın maşınını cərimə meydançasına aparması ilə bağlı narazılığı cavabsız qalmayıb. DYP rəsmisi Vaqif Əsədov studiyaya zəng edərək bildirib ki, Aşıq Əlinin maşını cərimə meydançasındadır və onun cərimələrinə nəzər yetirilərsə, polisdən şikayət etməyə haqqı yoxdur.

DYP-dən verlən məlumata görə, aşığın maşınlarına dəfələrlə həbs qoyulub, cərimələr yazılıb. Ümumilikdə isə aşığın 2 avtomobillə bağlı 22 balı var, sürücülük vəsiqəsi hətta əlindən alına bilər .

Mövzu ilə bağlı AzVision.az-a açıqlama verən Aşıq Əli bildirib ki, haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir, onun maşını əlindən alına bilməz.

“Səhv məlumatdır. Mənim polislər arasında dostluq etdiyim insanlar var. Onlarla bağlı hansısa problemim yoxdur. Balımın olması da yalnışdır. Mətbuata məsləhət görürəm ki, məsələni saqqız kimi uzatmasınlar, istəyirəm məsələ bağlansın”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti