Bakıda ər arvadını və baldızını bıçaqladı

Bakıda ər arvadını və baldızını bıçaqladı
  28 Oktyabr 2016    Oxunub:1768
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə bu gün Sabunçu rayonu, E. Mehdiyev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1976-cı il təvəllüdlü Oqtay Təhməzov ailədaxili münasibətlər zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvira Nəsirovanı və həyat yoldaşının bacısı, 1991-ci il təvəllüdlü Eminə Nəsirovanı bıçaqlayıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Hadisəni törədən O. Təhməzov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti