Zəngilanın yeni görüntüləri - FOTOLAR

Zəngilanın yeni görüntüləri - FOTOLAR
  29 Oktyabr 2016    Oxunub:50217
Bu gün Azərbaycanın dilbər guşələrindən olan Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 23 il keçir.

1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan sonuncu rayondur. Müharibədə 188 şəhid verən Zəngilan rayonunun 44 sakini itkin düşmüş sayılır. Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görmüşdü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.

Zəngilan inzibati ərazi vahidi rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Bakı–Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Rayonun ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olub

AzVision.az Zəngilanın ermənilər tərəfindən sosial şəbəkə və xəbər saytlarında yayılan son görüntülərini oxuculara təqdim edir:


















Teqlər:  





Xəbər lenti