ELSA silsilə təlimlərə start verib

ELSA silsilə təlimlərə start verib
  31 Oktyabr 2016    Oxunub:2331
Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi – ELSA Azərbaycan tərəfindən 22 oktyabr tarixində ilk silsilə təlimi olan “Müqavilə hüququ“ mövzusunda təlim keçirilib.
Təlimdə müxtəlif universitetlərdən 70-ə yaxın hüquq tələbəsi iştirak etmişdir.
Təlim ərzində aşağıdakı məsələlər müzakirə olunub:

1) Müqavilə hüququna giriş

2) Müqavilələr və onların ümumi xüsusiyyətləri

3) Oferta və aksept nədir?

4) Müqavilə bağlanan zaman yaranan mübahisələrin xarakteri

Təlimçi qismində hüquqşünas Əbdül Məhərrəmov çıxış etmişdi. Bakı Dövlət Universitetinin məzunu olan Əbdül Məhərrəmov 2013-2014-cü illərdə Azerbaijan International Consulting Company-də işləmişdir. Hazırda isə "AZE" hüquq şirkətində hüquqşünas kimi fəaliyyət göstərir.

AzVision.az


Teqlər:





Xəbər lenti