`Xədicə özünü radikalların avtoriteti sayır` - Niyaməddin Orduxanlı

  02 Noyabr 2016    Oxunub : 1714
`Xədicə özünü radikalların avtoriteti sayır` - Niyaməddin Orduxanlı
Son günlərdə Əli Kərimli ilə Xədicə İsmayıl arasında ciddi söz savaşının getdiyi müşahidə edilir. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının sözlərinə görə, buna səbəb həbsxanadan çıxandan sonra Xədicə İsmayılın özünü radikal müxalifətin "avtoriteti" saymasıdır:

- Xədicə İsmayılın özünü bu cür aparmasının əsas səbəbi onun Qərbdə, xüsusən də Amerikada bir neçə rəsmi şəxslərlə əlaqələrinin olmasıdır. Düşünür ki, kim özünü pis aparırsa Xədicə həmin şəxsi "cəzalandıra" bilər. Artıq Əli Kərimli də, Cəmil Həsənli də Xədicə İsmayıldan qorxur, ehtiyat edir. İndiki mərhələdə çox maraqlı bir hadisənin şahidi oluruq. Bir neçə gün bundan öncə Əli Kərimli, Cəmil Həsənli və Oqtay Gülalıyev birgə əməkdaşlıq nəticəsində hazırladıqları bəyanatla Azərbaycanda 166 nəfərin "siyasi məhbus" olması barədə çıxış etdilər. Bu hadisədən dərhal sonra isə Xədicə İsmayıl və onun ətrafında olan bir sıra şəxslər isə 94 nəfərlik "siyasi məhbus" sıyahısını və 45 nəfərin də işinin araşdırılmasına dair məlumatlar yaydılar. Əli Kərmlinin siyahısında 166 nəfərin, Xədicə İsmayılın sıyahısında isə 94 nəfərin olmasını gündəmə gətirdilər. Əslində, ictimaiyyət bu adamların bir-biri ilə "savaşdığını" müşahidə edir.

Siz onların təqdim etidyi siyahıya baxın. Deməli, Əli Kərimlinin təqdim etidyi 166 nəfərlik siyahıda 120 nəfər Nardaran hadisələrinə görə həbs olunmuş və İslam Partiyası adı altında fəaliyyət göstərən şəxslərdir . Xədicə İsmayılın 94 nəfərlik siyahısında isə, 60 nəfərə yaxın şəxs məhz Nardaran hadisələrinə görə həbsə atılanlardı. Bu şəxslərin əksəriyyətinin hazırda məhkəmə prosesi gedir. Hər kəs yaxşı bilir ki, Nardaran qəsəbəsində yaşayan bir qrup insan uzun illər idi ki, İran İslam Respublikasının xüsusi xidmət orqanlarının təsirində idilər və ələ alınmış şəxslərdir. Necə ola bilər ki, özlərini Qərbyönümlü siyasətçi kimi aparan Əli Kərimli və ya Xədicə İsmayıl birdən-birə İranın təsiri dairəsində olan şəxsləri "siyasi məhbus" adlandırdılar?! Əsas fikiri buna yönəltmək lazımdır.
Şəxsən tam əminəm ki, həm Xədicə İsmayıl , həm də Əli Kərimli bu sıyahını bəyan etmək üçün İran dövlətinin xüsusi xidmət orqanlarından maliyyə alıblar. Əks halda İranın təsirində olan şəxsləri "siyasi məhbus" adalandırmazdılar.

Hər iki şəxsi uzun illərdir tanıdığını deyən Orduxanlı bildirib ki, Xədicə İsmayıl hər zaman Əli Kərimlinin təblığatçısı olub: “O, "Yurd"un mətbuat şəbəkəsinin başında durub. Hətta Əli Kərimliyə görə, mərhum Əbülfəz Elçibəyin təhqir edilməsi prosesinə başcılıq edib. Məncə, indi gedən proses bir oyundur. O da mümkündür ki, aldıqları pulu bölə bilmirlər. Əli Kərimli çox simic adamdır. Pul verməklə arası yoxdur. Kərimli üçün əsas hədəf pul qazanmaqdır. Həm diplomatik korpusdan, həm beynəlxalq təşkilatlardan. İndi də qoşulub məhbus alverinə. Cəmil Həsənliyə isə Xədicə Əli Kərimlinin şöbə müdiri kimi baxır. Onu bir o qədər də ciddiyə almır. Bilir ki, Cəmil Həsənli elə bir şəxsdir ki, bir az maddi təminatı və siyasi maraqları təmin edilsə, yenidən indiki hakmiyyətin alovlu kitab yazanlarından biri olacaq. Yenə İlham Əliyevi Qafqazın lideri adalandıracaq. Bu illər ərzində Cəmil Həsənli siyasi mövqeyini dəfələrlə dəyişib. AMİP-dən Milli Şuraya qədər. Cəmil Həsənlinin keçdiyi yolu Xədicə İsmayıl çox yaxşı bilir. Ona görə də, ona önəm vermir”.

Teqlər: