98 dövlət əmlakı hərraca çıxarıldı

98 dövlət əmlakı hərraca çıxarıldı
  02 Noyabr 2016    Oxunub:1792
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 29 noyabrda keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.
Komitədən AzVision.az-a daxil olan məlumata görə, bu hərraca ümumilikdə 98 dövlət əmlakı olmaqla 25 səhmdar cəmiyyəti, 58 kiçik dövlət müəssisə və obyekti, 15 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan 58 kiçik dövlət müəssisəsi və qeyri-yaşayış obyektlərinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələrindən 8-i, kiçik müəssisələrdən 12-si paytaxtda, qalanları isə respublikanın ayrı-ayrı şəhər və rayonlarında yerləşir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

AzVision.az


Teqlər:





Xəbər lenti