Evlənmək istəyən 796 nəfərdə sifilis aşkarlanıb

Evlənmək istəyən 796 nəfərdə sifilis aşkarlanıb
  03 Noyabr 2016    Oxunub:2240
Ötən ay nikaha daxil olmaq istəyən 10 177 nəfər tibbi müayinədən keçib.
Bu barədə AzVision.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. O qeyd edib ki, oktyabrda nikaha daxil olmaq istəyənlərin 421 nəfərində talassemiya daşıyıcılığı, 47 nəfərində siflis, 6 nəfərində isə QİÇS xəstəliyi aşkarlanıb.

“Ötən ay ərzində 3 cütlükdə talassemiya daşıyıcısı aşkarlanıb. Ümumilikdə nikaha daxil olanların tibbi müayinəsi başlanılan müddətdən bu vaxtadək 207731 nəfər müayinədən keçib. Onlardan 9552 nəfərdə talasemiya daşıyıcılığı, 796 nəfərdə siflis, 139 nəfərdə isə QİÇS aşkarlanıb. 74 cütlüyün isə hər ikisinin talassemiya daşıyıcısı olduğu üzə çıxıb”.

Z.Əlimirzəyeva qeyd edib ki, bu günə qədər talassemiya daşıyıcısı hamilə qadınların 3-nün uşağında xəstəlik aşkarlandığı üçün ondan imtina ediblər. “Yəni uşaqlarda talassemiya xəstəliyi aşkarlandığı üçün hamiləliyi sonlandırıblar. Digər hamilə qadınlar yoxlanışlardan keçib və uşaqlarda talassemiya daşıyıcılığı aşkarlandığı halda hamiləliyini davam etdiriblər. Çünki həmin uşaqlar praktik sağlamdırlar”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti