Baş redaktorlardan `Sərhədsiz reportyorlar`a etiraz

Baş redaktorlardan `Sərhədsiz reportyorlar`a etiraz
  03 Noyabr 2016    Oxunub:2110
“Sərhədsiz reportyorlar” təşkilatı Azərbaycanla bağlı növbəti dəfə qərəzl hesabat açıqlayıb. Hesabatda Azərbaycanda son bir ildə mətbuatın durumunun pisləşdiyi və bu səbəbdən mətbuat azadlığı reytinqində 162-ci yerdən 163-cü yerə endiyi göstərilib.
Heç kimə sirr deyil ki, bu hesabat qərəzli şəkildə hazırlanıb. Qeyd edə bilərik ki, Azərbaycanda mətbuat kifayət qədər azad və sərbəstdir.



Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hesab edir ki, “Sərhədsiz reportyorlar”ın əvvəlki hesabatları kimi bu dəfəki hesabatı da qərəzlidir: “Bir sıra beynəlxlaq təşkilatlar var ki, onlar Azərbaycana münasibətdə qərəzli, ədalətsiz mövqe nümayiş etdirirlər. Bunlardan biri də “Sərhədsiz reportyorlar” təşkilatdıır. Bu təşkilatın Azərbaycandakı reallığı bəd gözlə, qara eynəklə görməsi adət halını alıb. Özləri də bilir ki, Azərbaycanda söz, media azadlığı ilə bağlı uğurlu işlər həyata keçirir. Hesab edirəm ki, bu sahədə Azərbaycan dünyaya nümunə ola biləcək uğurlu işlər reallaşdırıb. Azərbaycanda müstəqil mediaya dövlət dəstəyinin olması və mətbuatın tam mənada iqtisadi imkanlarının yaxşılaşmasına, peşəkarlığının artmasına gətirib çıxarıb. Lakin, antiAzərbaycan qüvvələrin əlində alətə çevrilən bu kimi təşkilatlar bilərəkdən görülən işlərə kölgə salmağa cəhd göstərir. Bu isə nəticəsi olmayan cəhddir. Çünki, Azərbaycanda görülən işlərə kölgə salmaq mümkün deyil”.

V.Rəhimzadə deyib ki, bu kimi təşkilatlar antiAzərbaycan qüvvələrin, ermənipərəst dairələrin əlində ölkəmizə qarşı təzyiq vasitəsinə çevrilib: “Onlar antiAzərbaycan, ermənipərəst dairələrin sifarişləri əsasında reallıqdan uzaq, həqiqətdən kənar hesabatlar yayırlar. Bunun bir məqsədi var: Azərbaycana təzyiq etmək, bu sahədə görülən işlərə kölgə salmaq. Diktə ilə çalışanlar heç nəyə nail ola bilməyəcəklər. Çünki, onların özlərinin mahiyyəti şübhə doğrur”.



“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, “Sərhədsiz Reportyorlar”, “Freedom House” və digər bu kimi beynəlxalq təşkilatlar daim Azərbaycanın əleyhinə olanların sifarişlərini yerinə yetirməklə məşğuldur: “Bu kimi təşkilatlar mütəmadi olaraq Azərbaycanın əleyhinə kampaniya aparırlar. Onlar daim Azərbaycanı “söz və mətbuat azadlığının olmadığı”, “jurnalistələrə basqıların olduğu ölkə” və “azadlığın boğulduğu məkan” kimi qələmə verirlər. Bu isə başa düşüləndir. Çünki, bu qurumların hansı qüvvələr tərəfindən maliyyələşdirildiyi məlumdur, ikili standartlarla çalışdıqları heç kəsdə şübhə doğurmur. Hesab edirəm ki, təşkilatın rəyinin əksinə olaraq ölkəmiz bu sahədə bir çox dövlətlərdən öndədir. Əgər bu təşkilat həqiqətən qərəzsizdirsə, öz nümayəndələrini göndərsin və bizimlə Azərbaycanda mətbuatın durumu ilə bağlı fikir mübadiləsi aparsın, faktlarla tanış olsun, arqumentlərimizi dinləsin və bundan sonra obyektiv hesabat hazırlasın”.

B.Quliyev vurğulayıb ki, Azərbaycanda mətbuat tam azad və müstəqldir: “Azərbaycanda mətbuatın inkişafı və jurnalistin fəaliyyəti hüquqi normalarla tənzimlənir. Eyni zamanda mətbuatın inkişafı istiqamətində dövlət kifayət qədər addımlar atır. 2008-ci ildə mətbuatın inkişafı ilə bağlı konsepsiya qəbul olunub. Bundan sonra 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİV DF) yaradılıb. Azərbaycan mətbuatı qısa zaman ərzində böyük yol qət edib. Bu, onu göstərir ki, Azərbaycan prezidenti İlham Əliyev söz və mətbuat azadlılğına maraqlıdır. Dünyanın heç bir yerində dövlət jurnalistləri təmənnasız mənzillə təmin etmir. Azərbaycanda belə bir təcrübə var. Bütün bunlar dövlətin, onun prezidentinin mətbuata qayğısından irəli gəlir”.



“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli diqqətə çatdırıb ki, “Sərhədsiz Reportyorlar” təşkilatı mütəmadi olaraq Azərbaycan qarşı qərəzli mövqe sərgiləyir: “Bu təşkilatın bütövlükdə ermənipərəst dairələr tərəfindən idarə olunduğu hər kəs bilir. Bu baxımdan hesabatı təəccüblü qarşılamadım. Şübhəsiz ki, Azərbaycanda söz və fikir azadlığına qarşı basqı yoxdur. Kimlərsə, media adı altında konkret cinayət əməli törədirsə, vergidən yayınırsa, qrantların mənimsənilməsi ilə bağlı addımlar atırlarsa, bunun mətbuat və söz azadlığına heç bir aidiyyatı yoxdur. Bunlar hüquqi məsələlərdir. Hüquqi məsələlərə münasibət isə ABŞ-da da, Avropada da eynidir. Bu məsələlərə görə şəxsin hansı peşə sahibi olmasına diqqət yetirmirlər. Nədənsə, belə faktlar yalnız Azərbaycanda baş verəndə yada düşür və anında bəlli çevrələrin üzvləri ölkəmizə qarşı təxribat xarakterli addımlar atmağa çalışırlar. Şübhəsiz ki, burada həm siyasi maraqlar, həm beynəlxalq təşkilatların və onları idarə edənlərin Azərbycandakı nüfuz vəkillərinin maraqları var. Azərbaycan haqqında mənfi imic formalaşdırmağa çalışan qrupların nüfuz vəkilləri də “Sərhədsiz Reportyorlar” kimi eyni mərkəzdən idarə olunan təşkilatları müdafiə etməlidirlər. Bu, onların gerçək simasıdır. Bu gün dünyada baş verən prosesləri hər kəs anlamağa başlayıb. Heç kim axmaq deyil. Hesab edirəm ki, belə təşkilatlar Azərbaycanda çoxdan gözdən düşüb və onların verdiyi rəyə normal münasibət ola bilməz”.



Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə bildirib ki, 25 ildir müstəqillik qazanan Azərbaycanda hər kəsin fikrini ifadə edə biləcəyi mətbuat orqanı var: “Bu təşkilatın siyahısında nədənsə Azərbaycan həmişə arxa sıralarda olur. Bir şeyi anlamıram, bəzən elə dövlətlər reytinq cədvəlində Azərbaycandan öndə olur ki, orda söz və mətbuat azadlığından söhbət gedə bilməz. Bu, Latın Amerikası, Afrika, Asiya ölkələridir. Azərbaycan isə bu ölkələrdən də aşağıda göstərilir. Ancaq 25 ildir müstəqillik qazanan Azərbaycanda hər kəsin fikrini ifadə edə biləcəyi hər cür mətbuat orqanı var. Ölkənin harasındasa bir hadisə baş verəndə, o elə yerli ictimaiyyətə də, dünya ictimaiyyətinə də asanlıqla çatdırıla bilər. Əhalinin 80 faizə yaxının internetə çıxışı var, milyon yarımdan çox insan sosial şəbəkələrdə fikrini bölüşür və paylaşır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti