Putinin hərbi gəmisinin kapitanı azərbaycanlıdır – VİDEO

Putinin hərbi gəmisinin kapitanı azərbaycanlıdır – VİDEO
  15 Avqust 2013    Oxunub:1339
Rusiya prezidenti Vladimir Putinin səfəri zamanı Bakı buxtasına gələn “Dağıstan” hərbi gəmisinin kapitanı azərbaycanlı idi. ORT-nin “Xəbərlər” proqramında efirə gedən süjetdə gəmidə Putinlə kapitanın arasında belə bir dialoq gösərilir:
- Sənin adın nədir?
- Vüsal.
- Sən azərbaycanlısan?
- Bəli.
Goranboy rayonunun Səfikürd kəndindən olan 1978-ci il təvəllüdlü Miriyev Vüsal Müzəffər oğlu 1996-cı ildən Rusiya hərbi donanmasında xidmət edir. 3-cü dərəcəli gəmi kapitanıdır. 2010-cu ildən “Tatarıstan” gəmisinin kapitanıdır. Putinin səfərindən vur-tut iki gün qabaq Bakıya gələn “Dağıstan” gəmisinə kapitan təyin olunub.




Teqlər:  





Xəbər lenti