`Twitter` niyə çökdü? - Rəsmi (Yenilənib)

 `Twitter` niyə çökdü? - Rəsmi (Yenilənib)
  07 Noyabr 2016    Oxunub:7838
“Twitter”də yaranan problem mikrobloqlar şəbəkəsinin Azərbaycan seqmenti ilə əlaqəli deyil.

AzVision.az xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Naziriyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, bu gün səhər saatlarında Bakı vaxtı ilə, 10:07 radələrində "Twitter" mikrobloqlar şəbəkəsində qeydə alınan nasazlıq Azərbaycan seqmenti ilə əlaqəli deyil. Sosial şəbəkədə yaranan nasazlıq qlobal xarakter daşıyıb və dünyanın bir çox ölkələrini əhatə edib. www.twitter.com saytında qeydə alınan texniki fasilə ilə bağlı ayrı-ayrı ölkələrin istifadəçiləri tərəfindən yaradılmış "hashtag"lar top trend olub.

"Twitter"in istifadəçiləri sosial şəbəkənin işində kəsinti olduğu haqda məlumatları paylaşmaqda davam edir.

Məlumata görə, istifadəçilər mikrobloqlar xidmətinin heç bir səhifəsini aça bilmirlər.

Saat 10:15-dən etibarən xidmət yenidən əlçatan olub. "Twitter" rəhbərliyi bu barədə hələ ki heç bir məlumat verməyib.

***

Azərbaycanda “Twitter”in fəaliyyəti artıq bərpa olunub.

Bu barədə AzVision.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilb ki, sosial şəbəkədə yaşanan problem Azərbaycanla bağlı deyil.

““Twitter”ə daxil olmaq artıq mümkündür. Qısa müddətli araşdırma zamanı məlum olub ki, problem bizim seqmentdən qaynaqlanmayıb”.

“Twitter”-də çalışan azərbaycanlı gənc Tural Bədirxanlı isə bildirib ki, problemin Azərbaycanla əlaqəsi yoxdur, bu, ümumi problemdir.

Qeyd edək ki, “Twitter” ə dünya səviyyəsində 5 dəqiqəlik daxil olma problemi yaşanıb. Problemin ardından sosial şəbəkənin dil tərcüməsi funksiyası işləmir.

***

İstifadəçilərin bildirdiyinə görə, “Twitter”ə giriş problemi aradan qaldırılır və artıq sosial şəbəkəyə daxil olmaq nisbətən mümkündür. Problemin hansı səbəbdən qaynaqlandığı məlum deyil. Türkiyə KİV-lərində yer alan xəbərlərə görə, “Twitter” bütün dünyada dayanıb.

***

Azərbaycanda “Twitter” mikrobloquna girişdə problem yaranıb.

AzVision.az xəbər verir ki, bu barədə mikrobloq istfadəçiləri məlumat verib. Bildirilib ki, bir saata yaxındır “Twitter”ə giriş mümkün deyil.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, problemin hansı səbəbdən qaynaqlandığı araşdırılır. Hələlik bu haqda məlumat vermək tezdir.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti