İmtahanların nəticələri açıqlanıb

İmtahanların nəticələri açıqlanıb
  16 Mart 2022    Oxunub:26722
İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrinin şagirdləri üçün martın 14-də keçirilən Azərbaycan dili imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən məlumata görə, imtahan nəticələri martın 16-da saat 15:24-dan etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. İmtahanda iştirakı nəzərdə tutulan 95 nəfərdən 6 nəfər imtahana gəlməyib.

Qeyd edək ki, imtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya komissiyası yaradılıb. Apellyasiya komissiyası Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev, 299 ünvanında fəaliyyət göstərir. Şagirdlər Apellyasiya komissiyasına 17-18 mart tarixlərində saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

AzVision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti