`Tramp Ermənistan üçün sürpriz oldu` - Novruz Məmmədov

`Tramp Ermənistan üçün sürpriz oldu` - Novruz Məmmədov
  10 Noyabr 2016    Oxunub:5147
"ABŞ-da keçirilən prezident seçkilərinin Ermənistan və tərəfdarları üçün daha bir gözlənilməz nəticəsi onların köhnə dostları - Bob Dold, Mark Kirk və digərlərinin məğlubliyyəti oldu".

Bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb.

PA rəsmi qeyd edib ki, tərəfdarlardan biri - "Azərbaycanda demokratiya üzrə Akt"la məşhur olmuş Cozef Hek də məğlub olanlar arasındadır.

Xatırladaq ki, Donald Tramp noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlib. Yeni seçilmiş prezident yanvarın 20-də inauqurasiyadan sonra vəzifəsinin icrasına başlayacaq. Demokratların namizədi Hillari Klinton isə seçicilərin yetərincə səsini toplaya bilməyərək öz məğlubiyyətini etiraf edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti