Ötən gün 3 nəfər yol qəzasında ölüb

Ötən gün 3 nəfər yol qəzasında ölüb
  11 Noyabr 2016    Oxunub:1199
Azərbaycanın avtomobil yollarında bir gündə 4 yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabırın 10-da baş vermiş yol qəzaları nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Belə ki, bir gündə maşın 3 nəfərin üstündən keçib. Noyabrın 10-da saat 13 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakinləri Samirə Şəkərəliyeva, Ramil Xəlilov və Hökməli qəsəbə sakini Əliağa Əliyev vurulub. Onlar xəstəxanaya yerləşdirilib və Ə.Əliyev orada ölüb. Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Dacia" markalı avtomobilin sürücüsü Müşviqabad qəsəbə sakini Ağaşah Məmmədəliyev saxlanılıb.

Bundan başqa Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti