`ABŞ-dakı seçkilərdə İŞİD-i dəstəkləyənlər uduzdu` - Deputat

`ABŞ-dakı seçkilərdə İŞİD-i dəstəkləyənlər uduzdu` - Deputat
  11 Noyabr 2016    Oxunub:1418
Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Zahid Oruc ABŞ-dakı seçkilərdən danışıb.
Deputat bildirib ki, seçkilərdə İŞİD-i dəstəkləyən qüvvələr məğlub olub. “ABŞ-da keçirilən seçkilər Amerika cəmiyyətində irqi, dini, milli böhranı ortaya çıxardı. Digər tərəfdən seçkilər Amerika vətəndaşlarının pulunu Əfqanıstanda, Yaxın Şərqdə və digər məkanlarda inqilablara xərcləyənlərin məğlubiyyəti ilə başa çatdı. Bundan əlavə ABŞ-dakı seçkilər Ağ ev ətrafındakı lobbi qruplarının, maliyyə mərkəzlərinin, ticarət şəbəkələrinin onların qurduqları korrupsiya sistemini dağıtmış oldu”.

Deputat qeyd edib ki, ABŞ-da xalq diktatura rejimini demokratiya adı altında ayrı-ayrı ölkələrin məhvinə səbəb olan siyasətə öz reaksiyasını bildirdi: “Amerika vətəndaşının problemini kənara qoyub, müxtəlif ölkələrdə siyasət quranlar və onlara necə yaşamağı diktə edənlər, liberal demokratiyanı ixrac edənlər qarşılarında çox ağır nəticə gördü. Ona görə də hesab edirəm ki, seçkilər 2009-cu ildə Ermənistan Azərbaycan sərhədlərini açmaq adı ilə bu millətin Dağlıq Qarabağ kimi dərdinin üstündən xətt çəkmək istəyən, böyük siyasəti reallaşdırmağa çalışanların məğlubiyyəti ilə başa çatdı”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti