150 manat cərimə olunacaqsınız - DYP-dən xəbərdarlıq

150 manat cərimə olunacaqsınız - DYP-dən xəbərdarlıq
  15 Noyabr 2016    Oxunub:9775
“Sabahdan avtomobilinin şüşələrinə pərdə, plyonka, jalüz və görmə qabiliyyətini zəiflədən digər vasitə çəkərək idarə edən sürücülər məsuliyyətə cəlb olunacaq”.
Bunu AzVision.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Qurum rəsmisi qeyd edib ki, “Yol hərəkəti haqqında" Qanunun tələbinə əsasən, qaydalara riayət etməyən sürücülər inzibati qaydada məsuliyyətə cəlb ediləcək: ““May ayının 1-dən noyabrın 15-dək isti hava şəraiti ilə əlaqədar avtomobilin şüşələrinə pərdə, plyonka və jalüzlərin çəkilərək idarə edilməsinə icazə verilmişdi. Noyabrın 15-də həmin müddət bitir və bu müddətdən sonra avtomobili pərdə, plyonka, jalüz və digər görmə qabiliyyətini zəiflədən vasitələrlə idarə edən sürücülər məsuliyyətə cəlb ediləcəklər. “Yol hərəkəti haqqında" Qanunun bu tələbini pozan sürücülər 150 manat məbləğində cərimə ediləcəklər”.

Anar Kəlbiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti