Bakıya istilik verildi, amma...

Bakıya istilik verildi, amma...
  15 Noyabr 2016    Oxunub:7639
“Bu gündən istilik təhcizatında payız-qış mövsümünə start verilib. “Azəristilik” ASC-dən bütün ərazilərdə xidmət göstərən istilik istismar sahələrinə göstəriliş verilib və qrafikə uyğun qazanxanalar işə salınır”.


Bunu AzVision.az-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin müştərilərə xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev deyib.

ASC rəsmisi qeyd edib ki, səhər saatlarından qazanxanalar növbə ilə işə salınıb: “Qazanxanaların hamısı birdən yox, yavaş-yavaş işə salınır. Qrafiklə bütün qazanxalar işə salınacaq. Proses bir qədər çəkəcək, amma çalışacağıq ki, tez olsun. Rayon qazanxanalarının xidmət zonasında 20-ə qədər istilik məntəqələri var ki, oradan binalara paylanılır. Həmin yerlərdə tənzimlənmə işləri aparılır. Ola bilər ki, iri qazanxanalarda tam rejimə çıxmaq üçün müəyyən müddət tələb olunsun, amma xırda qazanxalarda problem olmayacaq”.

R.Əliyev “Azərqaz” ASC ilə borc məsələsinə diqqət çəkib. Bildirib ki, iki qurum arasındakı problemdən istehlakçılar əziyyət çəkməyəcək. “Bu, iki dövlət idarəsinin arasında olan məsələdir, bundan istehlakçılar zərər çəkməməlidir. Bunu özümüz həll edə bilirik”.

Sakinlərin bildirdiyinə görə, səhər saatlarından etirbarən paytaxtın bəzi yerlərinə istilik verilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti