Büdcə zərfi parlamentə təqdim olunub

Büdcə zərfi parlamentə təqdim olunub
  15 Noyabr 2016    Oxunub:1135
Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisə təqdim olub.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu AzVision.az -a bildirib ki, büdcə layihəsi parlamentə daxil olub və tezliklə parlament komitələrinin müzakirəsinə veriləcək.

Qeyd edək ki, büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

AzVision.az


Teqlər:  





Xəbər lenti