Büdcə müzakirələrinin vaxtı məlum oldu

Büdcə müzakirələrinin vaxtı məlum oldu
  17 Noyabr 2016    Oxunub:1088
Milli Məclisin komitələri noyabrın 30-dan etibarən 2017-ci il dövlət büdcəsinin müzakirələrinə başlayacaq.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyad Səmədzadə deyib.

Komitə sədri bildirib ki, noyabrın 30-da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bir neçə komitə ilə birlikdə büdcə zərfinə daxil olan qanunların müzakirəsinə başlayacaq.

Büdcə zərfi dekabrın 6,7 və 8-də parlamentin plenar iclasında müzakirə olunacaq.

Anar Kəlbiyev
AzVision.az<


Teqlər:  





Xəbər lenti