Prezident Oman sultanını təbrik edib

Prezident Oman sultanını təbrik edib
  17 Noyabr 2016    Oxunub:1802
Azərbaycan prezidenti İlham Əliyev Oman sultanı Qabus bin Səidi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
AzVision.azın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, ölkənizin milli bayramı – Təvəllüd gününüz münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim sülh və firavanlıq arzulayıram”.

Azərbaycan prezidenti həmçinin latviyalı həmkarı Raymonds Veyonisi təbrik edib:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. İnanıram ki, Azərbaycan-Latviya münasibətlərinin inkişafı, ənənəvi dostluq əlaqələrimizin möhkəmlənməsi, əməkdaşlığımızın bütün sahələrdə genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

AzVision.az


Teqlər:  





Xəbər lenti