`270 min dollarım var ki, qumarda uduzum?` - Sabiq deputat

`270 min dollarım var ki, qumarda uduzum?` - Sabiq deputat
  18 Noyabr 2016    Oxunub:4044
Milli Məclisin keçmiş deputatı Fərhad Qəribov kazinoda 270 min dollar uduzması haqda yerli mətbuatda yer alan xəbərlərə münasibət bildirib.
Sabiq millət vəkili AzVision.az-a açıqlamasında barəsində yazılan xəbərlərin doğru olmadığını söyləyib.

“Mənim 270 min dollar qədər pulum var ki, qumarda uduzum? Həmişə necə yalan yazıblarsa, indi də elə yazırlar. Kim nə yazır, özü bilər”.

Fərhad Qəribov ümumiyyətlə kazinoya getmədiyini, 11 gün əvvəl Türkiyədən qayıtdığını deyib.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında keçmiş deputat Fərhad Qəribovun kazinoda qumar oynamasını əks etdirən video paylaşılıb. Video Tiflisdəki kazinolardan birində çəkilib. Keçmiş deputatın 270 min dollar uduzduğu deyilir.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti