`Azərbaycanda 60 uşaq itkin düşüb` - Komitə sədri

`Azərbaycanda 60 uşaq itkin düşüb` - Komitə sədri
  18 Noyabr 2016    Oxunub:1747
“Azərbaycanda müharibə dövründə əsir, itkin düşmüş və girov götürülmüş 3024 nəfərdən 60-ı uşaqdır”.
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, onlardan 20-si qız, 40-i isə oğlandır: “Həmin uşaqlar haqqında uzun illərdir heç bir məlumat ala bilmirik”.

Komitə sədri əlavə edib ki, bu gün komitəni narahat edən məsələlərdən biri də valideyn-uşaqlar arasında olan münasibətlərdir. Belə ki, bu münasibətlər bəzən düzgün qurulmur və onlar bir-birilərini başa düşmürlər: “Valideyn məsuliyyətinin artırılması ilə bağlı qanunvericilikdə dəyişiklər olmalıdır. Əgər bu gün ata qızını ailə qurmağa məcbur edirsə, artıq o, cinayət məsuliyyəti daşıyır. Bununla yanaşı o, həm də qanunvericiliyi pozur.

Bəzən valideynlər belə fikirlərləşirlər ki, uşaq özümündür və kimə, hansı ailəyə istəsəm verə bilərəm. Bu fikirlər tamamilə yanlışdır. Hər bir övlad gələcəyimizdir və onlar cəmiyyətin bir üzvüdür. Bu gün bəzi övladların valideynləri tərəfindən məcburi, erkən yaşda ailə qurmağa sövq edilməsi gələcəkdə xəstə uşaqların doğulması, sonradan ailələrin dağılması və digər mənfi hallarla nəticələnir”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti