Buraxılış və qəbul imtahanları birləşdiriləcək? - Açıqlama
Sədr qeyd edib ki, artıq orta ixtisas məktəblərinə və texnikumlara qəbulu abituriyentin buraxılış imtahanının (3 fəndən - ana dili, riyaziyyat və xarici dil) nəticəsinə əsasən, həyata keçir:
“İkincisi, qabiliyyət tələb edən ixtisaslara qəbul üçün abituriyentlər yalnız buraxılış imtahanı, sonradan qabiliyyət imtahanı verməlidirlər. Ancaq elə ixtisaslar var ki, abituriyent yalnız 3 fəndən imtahan verərək müsabiqədə iştirak edə bilməz. Bunun üçün yavaş-yavaş buraxılış imtahanlarında fənlərin sayı artmalıdır. Deməli, vahid imtahana keçmək üçün həm fənlərin sayı artmalı, həm də imtahanın forma-modeli dəyişməlidir. Çünki məktəblərdə artıq yeni kurrikulum tətbiq olunur. Buraxılış və qəbul imtahanlarının nə zaman birləşəcəyini demək çətindir. Çünki builki IX sinfin buraxılış imtahanlarının nəticəsinə görə araşdırma aparılacaq. Yalnız bundan sonra biz bununla bağlı hansısa dəqiq fikir söyləyə biləcəyik”. (Apa)
AzVision.az
Teqlər: