Azərbaycan Dubay təcrübəsindən istifadə edəcək

Azərbaycan Dubay təcrübəsindən istifadə edəcək
  21 Noyabr 2016    Oxunub:2689
“Vahid tarifin hazırlanması istiqamətində konsorsium yaradılıb. Bu, kooridorda yükdaşımanın artımına səbəb olacaq”
AzVision.az xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.

Onun sözlərinə görə, azad ticarət zonasının yaradılması ilə bağlı müxtəlif təcrübələr nəzərdən keçirilib: “Düşünürük ki, Dubay təcrübəsi bizə daha yaxındır. Cənab prezident bu istiqamətdə müvafiq tapşırıqlar verib. Burada Dubaydakı kimi birpəncərəli sistem işə düşəcək və düşünürük ki, 5-6 ildən sonra nəticələrini verməyə başlayacaq”.

T.Ziyadov əlavə edib ki, Ələtdə yeni hava limanı tikiləcək: “Ələt yaxın illərdə böyük şəhərə çevriləcək. Azad ticarət zonası üçün 400 hektar yer ayrılıb, gələcəkdə daha 2 min hektar ayrıla bilər” .

Onun sözlərinə görə, 2016-cı ilin 9 ayı ərzində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də göstərilən bütün xidmətlər üzrə artım müşahidə olunub.

“Ən böyük artım iri həcmli nəqliyyat vasitələrində, o cümlədən, qoşqu və digər avtotexnikanın daşınması üzrə qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə limanın xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3,2 faiz artıb. Əsasən yüklərin son ünvanı Qazaxıstan və Türkmənistan olub”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti