Yol polisindən sürücülərə növbəti xəbərdarlıq
V.Əsədovun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə, bu il cərimələnənlərin sayında azalma var.
Bölmə rəisi qeyd edib ki, 30-a yaxın şikayət də daxil olub. V.Əsədov növbəti dəfə sürücülərə xəbərdarlıq edib: "Saxlanılanlar arasında “məlumatsızam”, “yadımdan çıxıb” deyənlər çoxdur. Bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırmaq istəyirəm ki, söylənilən bu ifadələr sürücüləri məsuliyyətdən azad etmir”.
Qeyd edək ki, “Yol hərəkəti haqqında" Qanunun bu tələbini pozan sürücülər 150 manat məbləğində cərimə ediləcəklər
Pərdə və plyonkaların istifadəsinə may ayının 1-dən noyabr ayının 15-ə qədər icazə verilir.
Anar Kəlbiyev
AzVision.az