Fazil Məmmədov Siyəzəndə qəbul keçirəcək

Fazil Məmmədov Siyəzəndə qəbul keçirəcək
  22 Noyabr 2016    Oxunub:1961
Azərbaycan vergilər naziri Fazil Məmmədov Siyəzən rayonunda yerləşən Vergi ödəyicilərinə Xidmət Mərkəzində (Siyəzən şəhəri, Heydər Əliyev prospekti, 135a) vətəndaşları qəbul edəcək.
Vergilər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, qəbulda Sumqayıt şəhərindən, Abşeron, Siyəzən, Xızı və Şabran rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Nazir vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxacaq.
Vətəndaşlar 195 Çağrı Mərkəzi, 2 saylı Ərazi Vergilər Departamenti (əlaqələndirici şəxs: Həsənov Xəyyam Bəhlul oğlu, əlaqə telefonu (018) 642 44 10), mobil (050) 797 87 82), Siyəzən və Xızı rayonları üzrə Siyəzən Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Qiyasov Faiq Mirağa oğlu, əlaqə telefonu: (023) 304 30 34), mobil (055) 520 11 54), Şabran rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Rəcəbəliyev Faiq Səməd oğlu, əlaqə telefonu: (023) 353 28 32), mobil (051) 994 44 02) və Xırdalan şəhəri Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Kazımov Zakir Çingiz oğlu, əlaqə telefonu: (012) 342 17 22), mobil (050) 254 42 55) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti