1400-dən artıq müəllim imtahan verib
Qeyd edək ki, təhsil nazirinin “Fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili barədə” əmrinə əsasən, I-IX siniflərdə dərs deyəcək və kurikulum təlimlərindən keçməyən müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kursları təşkil edilib. Təlimlərdə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəblərlə yanaşı, məcburi köçkün, özəl və digər dövlət məktəblərində dərs deyən müəllimlər də iştirak ediblər.
BŞTİ-nin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilən qiymətləndirmədə 1400-dən artıq müəllim iştirak edib. Qiymətləndirmənin nəticələrinə görə, hər bir müəllimə müvafiq sertifikat veriləcək.
AzVision.az
Teqlər: