`Azərbaycan dünyaya nümunədir`- Ziyafət Əsgərov

`Azərbaycan dünyaya nümunədir`- Ziyafət Əsgərov
  24 Noyabr 2016    Oxunub:1412
“Bu gün Azərbaycan dünyada uğurlu inkişaf yolu ilə gedən ölkə kimi tanınır"
AzVision.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov "Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə" adlı konfransda çıxışı zamanı deyib.

Vitse-spiker qeyd edib ki, Azərbaycan son dövrlərdə iqtisadi böhranın baş verdiyi şəraitdə belə iqtisadiyyatını inkişaf etdirə bilib.

Azərbaycanın dinlərarası münasibətlərdə dünya ölkələrinə bir nümunə kimi göstərildiyini vurğulayan Z.Əsgərov.hazırda ölkəmizdə vətəndaş və insan haqlarının qorunması istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.

Z.Əsgərov Azərbaycanın müstəqilliyin ilk illərində çətin dövr yaşadığını vurğulayıb: “Xalqımız çətin sınaqlarla üzləşməklə yanaşı, parçalanmaq təhlükəsini yaşayıb. Ölkəmizin müstəqilliyi Ulu Öndərin hakimiyyətə qayıdışı ilə qorunub saxlanıldı”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti