Geomaqnit həyəcanlanma yuxarı səviyyədə olacaq - DİQQƏT
“Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 4-dür (maksimum 9 olur) və bu, artıq G1 səviyyəli geomaqnit qasırğası deməkdir. Bu gün və sabah geomaqnit həyəcanlanmasının yuxarı səviyyədə qalacağı gözlənilir. Səbəb isə Günəş səthində yeni formalaşmış iri “tac dəliyi”dir. “Tac dəlikləri” demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir. Buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir, Yer maqnitosferini həyəcanlaşdırır və geomaqnit qasırğalarına səbəb ola bilir”.
E.Babayev vurğulayıb ki, bu günlərdə insanlara daha çox təsir edəcək faktorlar atmosfer təzyiqinin (778 mm c.s.) və temperaturun kəskin dəyişmələri və kosmik havanın şıltaqlığıdır.
AzVision.az