Məktubları Dilqəm özü yazmır? - Rəsmi açıqlama

Məktubları Dilqəm özü yazmır? - Rəsmi açıqlama
  25 Noyabr 2016    Oxunub:8741
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun qardaşı Sahib Musayev mətbuata verdiyi açıqlamada qardaşının yazdığı məktublara şübhə etdiyin deyib.

Onun sözlərinə görə, Dilqəm Əsgərovun Beynəxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiyiliyi ailəsinə göndərdiyi məktublar başqası tərəfindən yazılır.

AzVision.az BQXK ilə əlaqə saxlayaraq məsələyə münasibət öyrənib. BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, məktubların girovlardan alınması və ailələlərə çatdırılması prosessi BQXK-nın müvafiq qanunlarına əsasən həyata keçirilir: “Məktublar bir-başa olaraq onu yazan şəxsdən alınır və ailələrə çatdırılır”,- deyə İ. Hüseynova vurğulayıb.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, digər Azərbaycan vətəndaşı D.Əsgərov və əslən azərbaycanlı olan Rusiya vətəndaşı Ş.Quliyev girov götürülüb. Dağlıq Qarabağda erməni separatçılarının qondarma rejimi tərəfindən qurulan saxta məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti