`Xocalı faciəsi daim diqqət mərkəzindədir` - Vüsal Hüseynov

`Xocalı faciəsi daim diqqət mərkəzindədir` - Vüsal Hüseynov
  28 Noyabr 2016    Oxunub:2267
“Xocalı faciəsindən 25 il keçməsinə baxmayaraq, bu məsələ daim dövlət rəhbərinin, parlamentin və digər ictimai şəxslərin diqqət mərkəzindədir ”.

AzVision.az xəbər verir ki, bunu millət vəkili Vüsal Hüseynov “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı zamanı deyib.

Deputat bildirib ki, bu məsələnin həllinə nail ola bilməməyimizin bir sıra səbəbləri var: “Bu məsələ hüquqi müstəvidə həll olunsa da, bunun siyasi nəticələri var. Siyasi nəticələrlə bağlı diqqətli olmaq lazımdır. Nəzərə almalıyıq ki, hazırda biz müharibə şəraitindəyik”.

Deputat əlavə edib ki, bu cür cinayətlərdə müddət məhdudiyyəti yoxdur: “Cinayətdən nə qədər müddət keçməsinə baxmayaraq, bu şəxslər məsuliyyətə cəlb edilə bilərlər. Hesab edirəm ki, bu, nəzərə alınmalıdır. Digər bir tərəfdən nəzərə alınmalıdır ki, müddət uzandıqca sübutlar zəifləyir, şahid ifadələri azalır. Ona görə biz indiki mərhələdə maksimum çalışmalıyıq ki, sübutları gücləndirək. Avropa İnsan hüquqları Məhkəməsinə olan şikayətləri maksimum əldə edək”.

V.Hüseynov vurğulayıb ki, yeni hazırlanan qanun layihəsini dəstəkləyir və bununla bağlı öz töhvələrini verməyə hazırdır.

Anar Kəlbiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti