Dəmir yollarında `ASAN Xidmət` sistemi yaradılır

Dəmir yollarında `ASAN Xidmət` sistemi yaradılır
  29 Noyabr 2016    Oxunub:3097
“Hava limanına dəmiryolunun çəkilməsini ya investisiya hesabına emtəliyik, ya da pul qazanıb çəkməliyik. Maliyyə vəziyyətinə görə, bu məsələ hələ qalıb”.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, millət vəkili Cavid Qurbanov deyib.

Qurum sədri bildirib ki, hava limanına çəkiləcək yeni dəmir yolu Bakının Binə qəsəbəsindəki dəmir yol hissəsindən götürüləcək: “AZAL-la artıq ilkin razılaşdırmalar aparmışıq. Əslində hava limanına 2,5 kilometr yol çəkilməlidir. Bakıdan Binəyə qədər bizim dəmir yolumuz var. Binədəki dəmir yolundan hava limanına doğru bir xətt ayrılacaq. İnşallah, gələcəkdə pul qazanarıq və daha yaxşı dəmir yolları çəkərik”.

C.Qurbanov dəmir yollarında tətbiq olunacaq “ASAN Xidmət” sistemindən söz açıb, Bildirib ki, dəmir yollarında ASAN Xidmət sistemi yaradılır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti