Daha bir universitetin tələbələrinə kredit veriləcək

Daha bir universitetin tələbələrinə kredit veriləcək
  30 Noyabr 2016    Oxunub:1078
"Maarifçi" Tələbə Kredit Fondu ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, müqaviləyə əsasən Azərbaycan Dövlət Aqrar Universitetinin aztəminatlı ailələrdən olan tələbələri fondun təqdim etdiyi təhsil kreditlərindən yararlana biləcək. “Maarifçi” Tələbə Kredit Fondu artıq 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.

Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Maarifçi” Tələbə Kredit Fondu Azərbaycan Dillər, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Texniki, Azərbaycan Dövlət İqtisad, Azərbaycanda Memarlıq və İnşaat, Bakı Dövlət, Bakı Slavyan, Gəncə Dövlət və Sumqayıt Dövlət universitetləri tərəfindən təsis olunub.

AzVision.az




Teqlər:





Xəbər lenti