Parlamentdə büdcə müzakirələri davam edir

Parlamentdə büdcə müzakirələri davam edir
  01 Dekabr 2016    Oxunub:1587
Azərbaycan Respublikasının 2017-ci il üzrə büdcə zərfi Milli Məclisdə komitələrin birgə iclasında müzakirə olunur.
AzVision.az xəbər verir ki, ötən gün 5 komitənin birgə müzakirəsi keçirilib. Bu gün isə müzakirələrdə Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət və Əmək və sosial siyasət komitələri iştirak edir.

Həmçinin iclasa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov, Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və maliyyə naziri Samir Şərifov da qatılıb.

Qeyd edək ki, büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti