`Biz öz həyatımızı büdcə əsasında qurmalıyıq` - Bahar Muradova

`Biz öz həyatımızı büdcə əsasında qurmalıyıq` - Bahar Muradova
  02 Dekabr 2016    Oxunub:3161
“Artıq üçüncü gündür ki, 2017-ci ilin dövlət büdcəsi layihəsi müzakirə olunur. Gələn ilin dövlət büdcəsi qlobal və ölkədaxili şərait nəzarə alınaraq hazırlanıb”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova büdcə müzakirələri zamanı deyib.

Komitə sədri bildirib ki, biz öz həyatımızı büdcə əsasında qurmaqla yanaşı, reallıqları da nəzərə almalıyıq: “Əsas məqsədimiz makroiqtisadi sabitliyini qorumaq, iqtisadi inkişafı təmin etmək, ölkənin müdafiə qabiliyyətini gücləndirmək və əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Gələn ilin büdcəsində bu məqamlar nəzərə alınıb”,-deyə B. Muradova vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti